Əziz İslam peyğəmbərinin (s) adı çəkilən Quran ayələri
Oxundu: 848
11:30, 18.07.2018
Əziz İslam peyğəmbərin (s) adı çəkilən Quran ayələri
İslaminSesi.info – Hədis və rəvayətlərdə 120 min peyğəmbərin elçi olaraq göndərildiyi bildirilir. Lakin təfsir alimlərinin qeydlərinə əsasən Quranda yalnız 25 peyğəmbərin adı çəkilir. Quran bu peyğəmbərlərin bəzisini nəbi, bəzisini rəsul, bəzən də adları ilə bəyan edir.
Əziz İslam peyğəmbəri də Quranda nəbi, rəsul, həmçinin adı ilə qeyd olunur. Peyğəmbərin adı Quranda 4 dəfə zikr olunur:
“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?”
(Ali-İmran-144)
“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”
(Əhzab-40)
“İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır).”
(Məhəmməd-2)
“Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.”
(Fəth-29)
DİGƏR İSLAM XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Allah-Təala Quranda bizlərə 91 vədə vermişdir- hamısını da yerinə yetirəcək... 10:14, 21.02.2019
-
“Vəhhabilik və sələfiliyin ömrünün sonu gəldi!..” 09:43, 21.02.2019
-
Bu dünyadan sonra başqa dünya və insanlar yaradılacaqmı? 09:56, 20.02.2019
-
Sədaqət və sevgi nümunəsi olan peyğəmbər səhabəsi - Uveys Qərani /Video/ 15:58, 19.02.2019
-
Ummul-bəninin vəfat günüdür – Kərbəlada 4 oğulu qurban verən ANA 10:16, 19.02.2019
-
Təqvalı şəxslərin xüsusiyyətləri – XXII hissə 21:16, 16.02.2019
-
İmam Əlidən (ə) Kumeylə 40 umudulmaz tövsiyə 22:47, 11.02.2019
-
Qurani Kərim Allah dostlarını belə tanıtdırır 22:49, 09.02.2019
ŞƏRH YAZIN