NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 2579
Eynulla Fətullayevin kriminal avtoritet Nadir Səlifovla İstanbul görüşünün təfərrüatları

Eynulla Fətullayevin kriminal avtoritet Nadir Səlifovla İstanbul görüşünün təfərrüatları

"Rövşən Lənkəranskinin İstanbulda öldürülməsindən sonra çalxalanan kriminal aləmin təsiri ilə NAdir Səlifovun iqamətgahı 24 saat fasiləsiz qorunur."

İslaminSesi.info - Elə təyyarədən enmişdim ki, məni Atatürk hava limanında zirehli və son dəbli avtomobildə qarşıladılar. Elə bu avtomobillə də meqapolisin gecə tıxaclarından qorunmaq üçün şəhərə şütüdük. 20 milyonluq əhalisi olan İstanbul az qala boğulur. Bu şəhər demoqrafik partlayışın son həddindədir. Ziddiyətlər şəhərində vəziyyət çox bərbaddır. Asiyanın ən böyük paytaxt şəhərlərindən biri olan İstanbulu daha da çirkinləşdirən nəqliyyat infrastrukturunun inkişaf etməməsidir. Avtobuslarla mərkəzə getmək mümkün deyil, tramvay xətləri isə Taksimdə daş plitələr altında qalıb. Elə bu fikirlərlə də mən zirehli limuzində əfsanəvi azərbaycanlı məhbus Nadir Salifovun iqamətgahın yollanırıq. "Nə qədər gedəcəyik? Niyə bu qədər uzun çəkir? " -deyə yorğun səslə bizi müşayət edənlərdən soruşuram. "Çox getməliyik hələ. Ev demək olar ki, Yunanstanda yerləşir" -sürücü zarafatyana dilləndi. 

 

İf qalasının divarları arasından məhbusuna qəfil azadlıq verməsi (bu qətiyyən alleqoriya deyil) - Nadir Salifovun təkadamlıq kameradan 8 saylı həbsxanadan azad olunması ölkədə böyük rezonans doğurmuşdu. Azad olunma rezonans olmamışdı, onsuz da bütün məhbuslar bir gün azadlığına qovuşur. Əsas məsələ bu idi ki, o buna qadir olmuşdu. 2005-ci ildə Quliyə qarşı hər kəs birləşmişdi. Ən pisi isə sistem də onun əleyhinə çevrilmişdi. O bütün var olan qüvvəsi ilə o sistemə qarşı təkbaşına mübarizə aparmış, müqavimət göstərə bilmişdir. Onu sındırmaq istədilər, amma qalib gələ bilmədilər.

 

Nadir həbsxanaya gənc yaşlarında düşüb. Onda "tanrılar" ölməmişdi, amma başqa cür olmuşdular. 90-cı illərin çalxantılarında heç kəs qlobal krimal müharibələrdən sığortalanmamışdır. Nadirə həbs müddətini çox vermişdilər. Sağ qalmaq üçün isə özü ilə bərabər qüvvədə olanların arasında birinci olmalı idi. O həbsxana cəmiyyətində hakimiyyəti ələ keçirdi. O bunu nə inzibati, nə də siyasi yolla etdi. Bunu sadəcə olaraq cəngəllik qanunlarının hökm etdiyi məkanda öz çılpaq əlləri ilə, təbii seçmə yolu ilə reallaşdırdı. O təbii seçmə ilə ilə ki, orada yalnız güclu ruh və xarakter sahibləri qalib gələ bilirlər. İllər sonra isə Qulidən (gürcü dilində ürək deməkdir. Məhz cəsur ürəyinə görə ona bu adı veriblər) bütün MDB-nin cinayət dünyasında bəhs edirdilər.


Mənim Salifovla ilk görüşüm Qaradağ rayonunda olan 8 saylı qapalı həbsxanada baş tutub. Bizim ziddiyətlərin dəyərləri, əbədi həqiqətlərin fəlsəfi interpretasiyaları - xeyir və şərin mübarizəsinin əbədi fenomeni olan Robun Qud kultundan bəhs edən söhbətimizdə Quli kifayət qədər emosional şəkildə dedi: "Bəzi məmurlara baxıram və özümə sual verirəm görəsən cinayətkar mənəm yoxsa onlar?

 



O ili Azərbaycanda nazirlərin böyük korrupsiya işi qalxmışdı və Hacı Məmmədovun bandası yaxalanmışdı. Mən onunla bu qaynar diskussiyada arqument söyləyə bilməmişdim. Heç mən həbsxananın ərazisini tərk etməyə macal tapmamış Qulinin kamerasına xüsusi təyinatlılar girdi, həbsxananın rəisini işdən çıxardılar və onun özünü isə karserə saldılar. Halbuki biz orada qorxulu heç nə danışmamışdıq. Sadəcə olaraq xeyir və şərin əbədi mübarizəsindən bəhs edərək haqqın və ədalətin axtarışında bir-birimizi anlamaga çalışmışdıq.

 

Ondan sonra biz görüşməmişdik. Elə bu fikirlərlə də mən onun iqamətgahına nə zaman çatdığımızı fərq etmədim. Küçə zülmət idi. Evin qarşısında güclü mühafizə var. Həyətə daxil olduq. Bura iqamətgah deyil, xüsusi qüvvətləndirilmiş rayon kimidir. Bütün ev canlı divarlarla əhatələnib. Onların hər biri zərbəni qarşılamağa və başçısı uğrunda ölməyə hazırdır. Eyni ilə müharibədəki kimi. Bəs bunlar nəyin uğrunda öz həyatlarını verməyə hazırdılar? Hansı ideallar və qiymət uğrunda? Öz başçısı uğrunda- qeyri-insanı, sərhədsiz şəxsi sadiqliq prinsipi ilə. Rövşən Lənkəranskinin İstanbulda öldürülməsindən sonra çalxanan kriminal aləmin təsiri ilə iqamətgah 24 saat fasiləsiz qorunur.

 

Evə daxil oluruq. Bizi Qulinin ailəsi qarşılayır. Anasının üzündə sevinc və xoşbəxtlik var. Azı əsrin dördə birini oğlunu gözləyib. Onunla salamlaşıb Qulinin oğlu ilə görüşürəm. Eyni ilə atasıdır. 22 il onsuz böyüyüb. Adında əfsanələr dolaşan adam indi evdədir. Amma mafiya qruplaşmasının xaç atası kimi. Nəhayət Quli gəldi. Kövrəlmiş halda qucaqlaşdıq. Bizim azadlıqdakı görüşümüz ola bilsin taleyin ironiyasıdır. Biz bu günü çox gözləmişdik, halbuki heç onun  olacağına inanmamışdıq. Quli məni bayram stolunun ətrafına dəvət edir. O azad olunandan bəri hər gün bu evdə qonaqlıqlar olur. Bu gün isə bu stolun ətrafında türk mafiyasının məşhur simalarından biri Sedat Pekerlə Quli oturacaq.

 

 

Pekerin obrazı bir növ Polad Ələmdar kultu kimi oturub. Pekerlə tanış olanda onun tarix barədə biliyi məni heyrətləndirdi. O səlcuqlar, oğuzlar və Osmanlı imperiyası barədə ensiklopedik biliklərə malikdir. Peker fanatik şəkildə pantürkizm və panturanizm tərəfdarıdır, amma 2016-cı ilin iyun çevrilişi zamanı qəfil küçələrdə Ərdoğana dəstək kampaniyasına çağırışlar etdi. Pekerin minlərlə tərəfdarı küçələrdə çevriliş cəhdində olanların qabağını kəsdilər.

 

 

Stolun başında Qulinin qardaşı Namiq də oturub. O da kriminal avtoritetdir və İspaniyadan gəlib. Sonra təmiz havaya çıxdıq. Burada da bizi onun mühafizəçiləri üzük qaşı kimi əhatə aldılar.


Quli dedi: "Sanki əsrin bu dördə biri heç olmayıb."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system