“Əvvəlki prezidentlər özünü ABŞ-a, Tramp isə ABŞ-ı özünə oxşatmağa başlayıb” – Eldəniz Quliyev

Oxundu: 205
 “Əvvəlki prezidentlər özünü ABŞ-a, Tramp isə ABŞ-ı özünə oxşatmağa başlayıb” – Eldəniz Quliyev

“Artıq Avropa da Birləşmiş Ştatların şıltaqlığından, bir müttəfiq olduğuna baxmayaraq ona qarşı yeritdiyi hegemonçuluq siyasətindən bezib”

  

Xəbər verildiyi kim, Pentaqon böyük hərbi qüvvələrin Avropa ərazisinə yerləşdirilməsini həyata keçirmək niyyətindədir.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət satınalmalarının rəsmi saytında dərc olnmuş məlumatlardan aydın olur ki, hazırda idarə podratçılar axtarışındadır. Amma onu da qeyd edək ki, Avropanın bir sıra ölkələri, o cümlədən Almaniya həm nüvə silahının, həm də bütövlükdə ordu hissələrinin ölkə ərazisində yerləşdirilməsinə qarşı çıxır.

 

Bəs uzun illərin müttəfiqinə qarşı çıxmağın başlıca səbəbini nə ilə izah etmək olar?

 

Mövzu ilə bağlı İslaminSesi-nə danışan Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev əvvəlcə Avropa ilə ABŞ-ın müttəfiqliyinin həmişə sabit, amma eyni zamanda kövrək olduğunu dedi:

“Eləcə də hərbi hissələrin, nüvə başlıqlarının yerləşdirilməsi və digər hərbi məsələlərdə heç də həmişə sabitlik hökm sürməyib, mübahisələr olub. Artıq Avropa da ABŞ-ın şıltaqlığından, bir müttəfiq olduğuna baxmayaraq ona qarşı da yeritdiyi hegemonçuluq siyasətindən bezib. Biz bunu zaman-zaman görmüşük”.

 

O ki qaldı Birləşmiş Ştatların Avropada silah, ordu hissələri yerləşdirməsi projesinə, onun Avropada böyük qardaş rolu oynaması cəhdinə, AZB sədri bunun kənardan bir qədər qəribə və gülməli göründüyünü söylədi: “Kimlər ABŞ prezidenti seçilirsə, Amerikaya oxşamağa başlayır. Eksentrik siyasi təfəkkürə malik olan sonucu prezident Donald Tramp isə, əksinə, ABŞ-ı özünə oxşatmağa çalışıb və oxşadıb da. Bu səbəbdən Amerikanın daxili siyasətini hələlik bir kənara qoyaq. Amma ölkənin xarici siyasətində adi sağlam məntiqlə izah olunmayan bəzi hərəkətlər təzahür edir. ABŞ-ın Avropada, eləcə də digər ölkələrdə yerləşdirmək istədiyi, yaxud artıq yerləşdirdiyi ordu hissələri və silahlar da bundan xəbər verir. Ümumiyyətlə isə, dünyanın elə bir ölkəsi qalmayıb ki, bu dövlətin Mərkəzi Kəşfiyyat İdarəsi orda öz silah-sursatını yerləşdirməsin.

 

Əgər biz Yer kürəsini bir insana bənzətsək, ABŞ, necə deyərlər, bir ilan sümüyünə dönərək onun boğazına keçib. Silahların yerləşdirilməsinə isə ciddi baxmaq lazımdır. Səv etmirəmsə, Çexovun sözüdür: əgər divardan silah asılıbsa, nə vaxtsa açılacaq. Çünki o sadəcə silah deyil, həm də açılaraq qan tökən və dövlətlər arasında nifaq salandır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system