Əvvəl-axır dünya bir gün qum böhranı ilə də üzləşəcək

Oxundu: 62
Əvvəl-axır dünya bir gün qum böhranı ilə də üzləşəcək

Qum sudan sonra dünyada ən böyük ehtiyat və inkişaf üçün ən zəruri materiallardan sayılır. Lakin əvvəl-axır onun da da ehtiyatları tükənəcək və dünya heç kimin göləmədiyi böhranla üzləşəcək.

“Qum bizim inkişafımızın unudulmuş qəhrəmanıdır”,-deyə BMT-nin Ətraf mühit üzrə proqramının (UNEP) elmi rəhbəri Paskal Pedutsi Slate.fr saytına bildirib.

 

Paris Katolik institutunun Okeanların araşdırılması mərkəzinin direktoru Kristian Buşenin fikrincə isə qum məsələsi “XXİ əsrin ən böyük təhdidi sayıla bilər”.

 

Bu material çox yayılıb və istifadə olunur. Quma hər yerdə, avtomobildən tutmuş tikintidə, hətta qidalarımızda belə rast gəlmək olar. Belə ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində qum da rol oynayır.

 

Müxtəlif dəyərləndirmələrə əsasən, planetimizdə ildə 40-50 milyard ton qum çıxarılır. Bu hesabla Yer kürəsində hər adam gündə 18 kq qum işlədir.

 

“Lakin bu resursu asan şəkildə əldə olunmasına görə tükənməz sayanlar yanılırlar. Bu gün biz Yerin bərpa edə bildyindən qat-qat artıq qum çıxarırırq. Halbuki qumun regenerasiyası üçün minlərlə il tələb olunur”,-deyə La Roşel universitetinin dəniz geologiyası üzrə professoru, habelə Fransanın Milli elmi-araşdırma mərkəzinin eksperti Erik Şomiyon qeyd edib.


“Problem burasındadır ki, qumun böyük hissəsi əslində tikinti və yollar üçün yararlı deyil. Məsələn, səhra qumlarından ümumiyyətlə istifadə imkanı azdır. Səhra qumları sement üçün yaramır. İnsanlara isə dalğalar və qayalar vasitəsilə yaranan materallar lazımdır”,-deyə alim izah edib.

 

Image result for səhra qum

 

Jurnalist Annik Berjenin yazıdğına görə, inkişaf etmiş dövlətlərdə bu məsələyə ciddi diqqət yetirilmir. Bununla həmin bölgələrdə torpaqların qorunması üçün zəruri olan ekosistemə ağır zərbə vurulur.

 

“Bu material ətraf mühitin əsas qoruyucularındandır. Çimərliklər isə gələn fırtınaların önündə əsl hasar rolunu oynayırlar. Çaylara gəlincə biz qumdan acgözlüklə istifadə etməklə onların formalarını dəyişirik, sahillərini eroziyaya uğradırıq, bunu nəticəsində isə quraqlıq və daşqınlar gətiririk”,-deyə Paskal Pedutsi söyləyib.

 

“Nəticədə bütün bunlar floranın məhvinə kənd təsərrüfat məhsullarının azalmasına gətirib çıxarır”,-deyə Kristian Buşe xəbərdarlıq edib.

/Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system