NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Evlərə oğurluğa girən saxlanıldı

Oxundu: 247
 Evlərə oğurluğa girən saxlanıldı

Gəncədə cari ilin yanvar ayında bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

"İslaminSesi.info" -nın məlumatına görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvar ayının 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompüteri oğurlayıb. 

 

Daha sonra o, yanvarın 27-də başqa bir evə daxil olaraq 4050 manat nağd pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. V. İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system