NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 537
Evlənməyin haram olduğu şəxslər

Evlənməyin haram olduğu şəxslər

Bir neç yolla insanların evlənməsi haram olur- evlilik, nəsəb, süd vermə.

İslaminSesi.info - Ailə qurmaq Peyğəmbər (s) sünnəsidir. İslam dini öz zühuru ilə ailəyə dəyər verdi, onun əhəmiyyətini, evlənməyin zəruriyyətini, övlad dünyaya gətirib, ona düzgün tərbiyyə verib, cəmiyyətə sağlam cüssəli, sağlam düşüncəli fərd verməyin mühümlüyünü ortaya qoydu. İnsanları evlənməyə və sağlam ailə təməli qurmağa sövq etdi. 

İnsan ailə qurarkən diqqət etməli ilkin mərhələ hallalıq məsələsidir ki, kişi ilə qadın arasında halallıq bağı olsan. Bir neçə yolla nisanlar arasında evliliyə maneə olan haramlıq yaranır:

Nəsəb (qohumluq)
Südvermə
Evlilik

Nəsəb (qohumluq) yolu ilə haram olan hallar:


1-Ata-ana və yaxarı getdikcə (məsələn-ata,baba, onun atası,onun atası və yaxun anası...)
2-Övladlar və aşağı getdikcə (məsələn-övlad,nəvə,nəticə...)
3-Bacı-qardaş və övladları...
4-Əmi,dayı, xala, bibi (yuxarı getdikcə.Məsələn-xalanın xalası...)

Süd vermə yolu ilə də haramlıq yaranır. Bu da nəsəb qohumluğu kimi eyni sillsilə ilə haram olur. Amma bunun xüsusi şərti vardır ki, fiqh kitablarında süd vermənin şərti və miqdarı qeyd olunub.

Evlilik nəticəsində haramlıq yaranır ki, kişi artıq bu şəxslərlə evlənə bilməz:


1- Qaynana (yuxarı getdikcə-anasının anası...)
2- Qadının qızı (Aşağı getdikcə-qızının qızı...)
3- Qaynatasının arvadı ( və o xanımın nəsəb qohumu qadınlar)
4- Oğlunun qadını (aşağı getdikcə-onun qızı,qızının qızı...)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system