NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Etimad İsmayılov 4, yoxsa 1 milyona görə güllələnib?

Oxundu: 228
Etimad İsmayılov 4, yoxsa 1 milyona görə güllələnib?

Türkiyə mediası Azərbaycanın keçmiş Baş prokurorunun və keçmiş ədliyyə nazirinin oğlu Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun polisə verdiyi ifadənin məzmunu barədə dünəndən bəri bir-birinə zidd olan xəbərlər yayır."İslaminSesi.info" xəbər verir ki, bəzi qəzetlər qətlin Dəmirovla İsmayılovun ortaq şirkətinin dəyəri 4 milyon dollar olan 2 faizlik səhm paketi üstündə baş verdiyini yazır. Və bu məsələdə versiyalar haçalanır.

Məsələn, “Hürriyet” qəzeti yazır ki, həmin 2 faizlik səhm paketini Dəmirov İsmayılova təhvil verməli idi, amma “yaşadığı bəzi problemlər üzündən” bu prosesi ləngidib. Nəticədə onların arasında mübahisə yaranıb. Digər qəzetlərdə isə əksinə, İsmayılovun 2 faizlik səhm paketini Dəmirova verməli olduğunu, ancaq işi ləngitdiyini və nəticədə tərəflər arasında mübahisə yarandığını yazırlar.

 

 

“Sabah” qəzeti isə bu günkü sayında məbləği kəskin azaldıb, ortaq şirkətin 2 faizlik səhm paketinin 1 milyon dollar dəyərində olduğunu göstərib. Və yazıb ki, həmin hissələrin təhvil-təslimi üçün tərəflər sentyabrın 19-da günorta saatlarında görüşüblər. Lakin müzakirədən nəticə əldə olunmayıb və onlar mübahisə edərək ayrılıblar. Daha sonra Dəmirov evindən “Glock” markalı tapançasını götürərək geri qayıdıb və Etimad İsmayılovu ofisində güllələyib.

 

Hadisə ilə bağlı E.İsmayılovun ofisində işləyən Rusiya və Qazaxıstan vətəndaşı iki nəfərin də ifadələri alınıb.

 

Xatırladaq ki, mərhum İsmayılovun cənazəsi dünən gecə Bakıya gətirilib və bu gün onun dəfn mərasimi keçirilir.virtualaz.og

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system