"Əsrin Kəşfiyyat Zərbəsi": ABŞ və Almaniya 130-dan çox hökuməti bu şəkildə dinləyib

Oxundu: 105

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Qərbi Almaniyanın Xarici Kəşfiyyat İdarəsi ortaq yaratdıqları saxta şirkətin adından 130-dan çox ölkəyə gizli xəbərləşmə cihazı sataraq, hökumətləri dinləyiblər.

Bu barədə ABŞ-ın Vaşinqton Post, Almaniyanın ZDF və İsveçrənin SRF teleradio şirkəti ortaq araşdırma aparıb. "Əsrin kəşfiyyat zərbəsi" adı altında yayımlanan araşdırma ABŞ və Almaniya kəşfiyyat idarələrinin gizli sənədləri əsasında hazırlanıb.

 

Məlumatda qeyd olunub ki, təşkilatlar İsveçrədə yaradılan Crypto AG adlı şirkətin satdığı kripto cihazlar və əlaqə xətləri sayəsində 10 minlərlə insanın öldürülməsindən xəbərdar olub, lakin səslərini çıxarmayıblar.


Gizli məlumatları dinlənilən ölkələr arasında İran, Liviya, Argentina, Çili, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan və Türkiyə kimi NATO müttəfiqlərinə qədər bir çox ölkənin adı var.


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarından birində bu məsələ lağa qoyularaq, belə təsvir edilir: "Əsrin kəşfiyyat zərbəsi... Xarici hökumətlər ən gizli məlumatlarının ən az 2 ölkə trəfindən dinlənilməsi üçün ABŞ və Qərbi Almaniyaya yaxşı pul ödəyirdi".


Almaniya Soyuq Müharibə illərində çox gizli sirr kimi saxlanılan bu əməliyyatdan 1990-cı ildə ifşa olacağından ehtiyat edərək çıxıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə şirkətdəki səhmlərini 2018-ci ildə satıb. Buna baxmayaraq Crypto AG şirkətinin məhsulları bu gün 12-dən çox ölkədə hələ də istifadə edilir./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system