"Əsl soyqırımı ermənilər Anadolunun şərqində, Azərbaycanda törədiblər" - Türkiyəli sabiq nazir

Oxundu: 127

ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir və hüquqi əsas daşımır.

 

Bu fikri Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Zeybək AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində ifadə edib.

 

Ötən əsrin əvvəllərində erməni millətçilərinin və din xadimlərinin Osmanlı dövlətinə qarşı böyük bir xəyanət planı həyata keçirdiklərini diqqətə çatdıran Namiq Kamal Zeybək deyib:

“Ermənilər əsl soyqırımını Anadolunun şərqində - Naxçıvanda, Azərbaycanın digər bölgələrində törədiblər. Ötən əsrin əvvəllərində bu cinayətləri erməni silahlı birləşmələri həyata keçirirdilər. 1918-ci ildən sonra isə bu cinayətləri terrorçu Ermənistan dövləti davam etdirməyə başladı. Həmin vaxtdan bu günədək Ermənistan Azərbaycana qarşı soyqırımı, deportasiya və hərbi işğal kimi bəşəri cinayətlər törədib. Əgər ABŞ senatorları kimin haqlı, kimin haqsız olduğunu, kimin soyqırımına məruz qaldığını həqiqətən bilmək istəyirlərsə, bütün bu gerçəklikləri öyrənsinlər”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system