Əsəd kürdlərə muxtariyyət verməkdən imtina etdi

Oxundu: 106
Əsəd kürdlərə muxtariyyət verməkdən imtina etdi

Dəməşq kürdlərin muxtariyyatını qəbul etməyəcək.

İslaminSesi xəbər verir ki, bunu “Əl Mayadin” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban deyib. Onun sözlərinə görə, hələlik bunun üçün heç bir əsas yoxdur:

 

“Suriyanın istənilən regionunda kürdlərin sayı yüksək deyil. Biz heç bir formadan (İraq Kürd Muxtar Vilayətinə bənzər muxtariyyat – red.) danışa bilmərik. Belə ki, Suriya çoxlu sayda etnik və dini qatlardan ibarətdir və biz deyə bilmərik ki, kimsə kürddür, kimsə hansısa başqa dindəndir. Kürdlərin əksəriyyəti bizim üçün cəmiyyətimizin dəyərli hissəsidir, lakin bəzi kürd təşkilatları ölkənin maraqlarına zidd olan siyasi qərar qəbul ediblər”./Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system