NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Ermənistanın Qarabağda yaratdığı bütün infrastruktur dağıdılmalıdır”

Oxundu: 471
“Ermənistanın Qarabağda yaratdığı bütün infrastruktur dağıdılmalıdır”

“İsrailin Colan təpələrini işğal edib sonradan öz ərazisi kimi tanıtması pis presedent yaradıb və İrəvan da ümid edir ki, nə zamansa işğal faktını dünyaya qəbul etdirə biləcək”

 

Xəbər verildiyi kimi, Ermənistan 2020-ci ildə Qarabağa 150 kilometrədək yeni – 3-cü yolun çəkilişinə başlamağı planlaşdırır. Plana əsasən, bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir. Erməni politoloqların sözlərinə görə, yeni yol həmin ərazidə əhalinin yerləşdirilməsi baxımından da çox vacib layihədir.

 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat da verib. Rəsmi İrəvanın sözügedən açıqlamasından bir neçə gün ötməsinə baxmayaraq, məsələ hələ də müzakirə olunmaqda və aktuallığını saxlamaqdadır. Məsələ bundadır ki, Ermənistan Qarabağı sadəcə kənardan durub seyr eləmək üçün işğal etməyib.

 

Əlbəttə, ortada beynəlxal hüquqlar, qaydalar da var. Ancaq indiyə qədər onların heç biri işə yaramayıb.

 

Bəs bu baxımdan sadəcə heç bir əhəmiyyəti olmayan bəyanat verməkləmi kifayətlənməliyik? 30 ildir beynəlxalq qurumların heç bir tədbir görmədiyi və ya görmək istəmədiyi belə bir situasiyada Azərbaycan tərəfi əslində nə etməlidir?

 

Mövzu ilə bağlı İslaminsesi-nə danışan politoloq Nəzakət Məmmədova dedi ki, Azərbaycan seyrçi mövqedən çıxış etməli deyil və biz əvvəlcə müharibə, yoxsa əbədi atəşkəs istədiyimizi müəyyən etməliyik: “Əgər torpaqlarımızı azad etmək istəyiriksə, riskə hazır olmalıyıq. Ermənistanın Qarabağda yaratdığı bütün infrastruktur dağıdılmalıdır. Heç bir yeni tikintiyə imkan verilməməlidir. Ermənistan orada qeyri-qanuni məskunlaşma yaradıb dünya ictimaiyyətini fakt qarşısında qoymaq istəyir.

 

Buna şərait yaratmaq olmaz. İsrailin Colan təpələrini işğal edib sonradan öz ərazisi kimi tanıtması pis presedent yaradıb. Ermənistan da ümid edir ki, nə zamansa işğal faktını dünyaya qəbul etdirə biləcək. Bunun üçün məskunlaşmaya və infrastrukturun inkişafına çalışır. Minsk qrupu bu məsələyə dair qəti mövqe ortaya qoymalıdır. Bu, BMT qətnamələrinə, beynəlxalq hüquqa aşkar saymazlıqdır. O zaman Minsk qrupu nəyə lazımdır?!”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system