NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistanın ən mənfur partiyası olan "Daşnaksütun" partiyası hökümətdən istefa verib

Oxundu: 529
Ermənistanın ən mənfur partiyası olan

İslaminSesi.info. Ermənistanın ən fəal xarici lobbisi, türk və azərbaycanlılara qarşı terrorlar törətmiş "Daşnaksütun" partiyası hökümtdən istefa verib.

Bu partiya sabiq prezident və baş nazir Serj Sarkisyanın partiyası olan Ermənistan Respublika Partiyasının koalisiya ortağı idi. Partiyanın səlahiyyətliləri bildiriblər ki, istefa vermələrinə səbəb hökümətə qarşı davam edən kütləvi etiraz aksiyalarıdır. 

 

 

Daşnaksütun erməni milli məclisindəki 105 yerdən 7-ni tutur. (tr.sputniknews.com)

 

 

Bu mənfur partiyanın əsası 1890-ci ildə üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən Tiflisdə qoyulub və məqsədi silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaqdır. Daşnaklar öz fəaliyyətlərini XX əsrin əvvələrindən etibarən Rusiya İmperiyasında aktivləşdiriblər. 1905 -ci ildə azərbaycanlılara qarşı törədilən qırğınlarda daşnaklar da aktiv iştrak edib, bu məqsədlə onlar əvvəllər Türkiyəyə göndərdikləri "fədailəri" geri çağırıb. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni "müsəlmanlara kömək edir" bəhanəsi ilə qətlə yetirib. Bu partiyanın Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system