NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb - SİYAHI

Oxundu: 92
Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb - SİYAHI

Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

"İslaminSesi.info"  “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.

Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.

Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır.

Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələlik məlum deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system