DÜNYA

Oxundu: 96
Ermənistan prezidenti öz xələfinin adını açıqlayıb

Ermənistan prezidenti öz xələfinin adını açıqlayıb

İşğalçı Ermənistanın hakim Respublika partiyası ölkənin növbəti prezidenti vəzifəsinə Böyük Britaniyadakı səfir Armen Sərkisyanı irəli sürüb.

İslaminSesi.info "SputnikArmenia"-ya istinadla xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün özündən sonra hakimiyyətə gələcək xələfini təqdim edib. Bu, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır.

 

Müvafiq qərar cümə axşamı partiyanın icra orqanının iclasında qəbul edilib. Onun namizədliyi Serj Sarkisyan tərəfindən irəli sürülüb və yekdilliklə qəbul edilib.

 

Hazırkı prezident Serj Sarkisyan ikinci müddətinin səlahiyyətlərini tam müddətdə yerinə yetirəcək. Yeni prezident seçkiləri aprelin 9-da keçiriləcək.

 

Yeni Konstitusiyaya görə, prezidentin səlahiyyətləri xeyli dərəcədə azalacaq. Onların böyük hissəsi hakimiyyətin icra və qanunverici sahələrinə, yəni hökumətə və parlamentə veriləcək.

 

Image result for Армен Саркисян

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system