NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 45
Ermənistan parlamentinin binası önündə yarmarka alverçiləri tərəfindən etiraz aksiyası keçirilir

Ermənistan parlamentinin binası önündə yarmarka alverçiləri tərəfindən etiraz aksiyası keçirilir

Ermənistan Milli Məclisinin binası önündə ağır vergi şərtlərinə görə "Arinç moll" ticarət mərkəzinin və yarmakaların alverçiləri tərəfindən etiraz aksiyası keçirilir.

İslaminSesi.info News.am-a istinadla xəbər verir ki, ticarət mərkəzinin mağaza sahibləri onlara qoyulan artıq vergilərdən şikayətlənir və erməni parlamentinin 4 siyasi üvvəsinə problemlərinə baxılması üçün müraciət etmək istəyirlər. Onlar artıq vergilərin ləğvi üçün dünəndən etibarən imza toplamağa başlayıb.

 

«Biz dünəndən etibarən imza toplanmasına başlamışıq, parlamentin 4 siyasi qüvvəsinə bu məsələyə diqqət yetirmələri, hazırki problemə adi insan gözü ilə baxmaları üçün müraciət edirik . İnsanlar dinc işləyib yaşamaq istəyirlər. Nədir, onların buna hüquqları çatmırmı? Kim qərara gəldi ki, büdcəni zorakılıqla, vətəndaşları incidərək artırmaq lazımdır?», - deyə jurnalistlərlə söhbətində bir etiraz edən "Həmrəylik" İB sədri Armen Nersisyan bildirib.

 

"Arinç moll" ticarət mərkəzi parlamentdə təmsil olunan "Çarukyan" blokunun liderinə məxsusdur. Üç gün öncə buradakı mağazalara səhər saatlarında vergi nümayəndələri tərəfindən basqınlar edilib, nəticədə mağaza sahibləri ilə vergi nümayəndələri arasında toqquşmalar baş verib.Bundan sonra parlamentə şikayətlə üç min ticarətçi müraciət etmişdi. 

 

Çarukyan blokunun deputatı erməni hökümətinin vətəndaşlat barədəki bu addımlarını terror adlandırıb. 

 

"Dövlət xidmətlərinin indi etdikləri yolverilməzdir. Bu, insan haqlarının kobud şəkildə pozulmasıdır", - deyə Naira Zoqrabyan bildirib və yarmarkalarda bazarlıq edən vətəndaşların axtarmasının yolverilməz olduğunu əlavə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system