DÜNYA

Oxundu: 72
Ermənistan parlamenti Rusiyadan 100 milyonluq silah alınması üzrə sazişi təsdiqləyib

Ermənistan parlamenti Rusiyadan 100 milyonluq silah alınması üzrə sazişi təsdiqləyib

İslaminSesi.info eadaily.com-a istinadla xəbər verir ki, Ermənistan Respublikasının Milli Məclisi 6 dekabr tarixli iclasında rus istehsallı hərbi vasitələrin əldə edilməsi üzrə Rusiyadan 100 milyon dollarlıq kreditin alınması üzrə bağlanmış sazişi təsdiq edib.

Sənədin təsdiq edilməsi işğalçı ölkənin Milli məclisində səsvermə keçirilib. 92 deputat sənədin təqdiq edilməsinin lehinə səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb.

 

Bu müqavilə 2017-ci il oktyabrın 24-də Yerevanda imzalanıb və 2013-ci il tarixli mövcud olan saziş çərçivəsində Rusiyada Ermənistana silah verilməsini nəzərdə tutur.

 

"Sazişdə nəzərdə tutulur ki, Rusiya Ermənistana rusiya silahlarının Rusiyanın daxili qiymətləri ilə tədarükünün maliyyələşdirilməsi üçün 100 mln. dollar məbləğində dövlət ixrac krediti verəcək", -deyə Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system