ÖLKƏ

Oxundu: 155
Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb

Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

İslamınSəsi "Report"-a istinadən  xəbər verir ki, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bildirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system