Ermənistan ordusu Qarabağda İTKİ VERDİ: 1 ölü, 1 yaralı

Oxundu: 176
Ermənistan ordusu Qarabağda İTKİ VERDİ: 1 ölü, 1 yaralı

Azərbaycanın işğal altındakı Qarabağ ərazilərində növbəti silahlı insident qeydə alınıb.

 

İslaminSesi Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 2-si səhər saatlarında hərbi hissələrdən birinin silah saxlama anbarında silahlı insident zamanı 1 hərbçi ölüb, 1-i isə yaralanıb. 

 

Ölən hərbçi Artur İşxanoviç Acemyan (1998-ci il), yaralanan isə David Arutyunoviç Melikbekyan (1999-cu il) olub. Hadisənin detalları açıqlanmır.

 

Ermənistan ordusu 2010-2019-cu illərdə 630 hərbi qulluqçusunu itirib.

 

 Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi məlumat yayıb.

2010-cu ildən 2019-cu ilin 11 noyabrına qədər aparılan monitorinq zamanı həlak olan 630 hərbçidən 249-u Azərbaycan Ordusu ilə atışmalar zamanı ölüb. Qeyri-döyüş itkiləri 381 dəfə qeydə alınıb ki, onun da 88-i intiharlarla bağlıdır.   

 

 “Jurnalistlər insan haqları uğrunda” təşkilatının sədri, hüquq müdafiəçisi Janna Aleksanyan isə intihar hallarının epidemiya halı aldığını deyib.

“2019-cu ildə 9 intihar faktı qeydə alınıb. 2018-ci ildə bu rəqəm 11, 2016-cı ildə 13, 2013-cü ildə isə 3 dəfə qeydə alınıb. Hərbçilər arasında intizam pozuntusu, “dedovşina” və psixoloji basqıların geniş yayılmasını intiharların artım səbəbidir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system