Ermənistan müdafiə nazirindən Dilqəm və Şahbazın dəyişdirilməsinə münasibət – Mümkündür

Oxundu: 261
Ermənistan müdafiə nazirindən Dilqəm və Şahbazın dəyişdirilməsinə münasibət – Mümkündür

"Mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə rəsmi təklifi təqdim olunub"

Ermənistanın Müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. Sputnik Ermənistan xəbər verir ki, Tonoyan bu barədə livanlı həmkarı Elias Abu Saabla birgə keçirdiyi mətbuat konfransında bildirib.


"Mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə rəsmi təklifi təqdim olunub", - deyə erməni nazir vurğulayıb.


Tonoyan məsələnin detallarını açıqlamaqdan imtina edib.


Ermənistan müdafiə naziri dəyişdirilmənin mümkünlüyünü istisna etməyib, lakin vurğulayıb ki, bu məsələ ilə bağlı qərarı qondarma "Dağlıq Qarabağ Respublikası" qəbul etməlidir.


Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.


"Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib. /Sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system