NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistan Füzuli istiqamətində döyüş uçuşları barədə elan edib

Oxundu: 344
Ermənistan Füzuli istiqamətində döyüş uçuşları barədə elan edib

Dünən Ermənistan Müdafiə Nazirliyi mayın 14-19-da işğal olunmuş Azərbaycan ərazilərdə keçirilən hərbi təlimlərin yekunlarını aparıb. Məlumata əsasən, təlimlər zamanı cənub istiqamətində (Füzuli-Xocavənd) döyüş aviasiyasından istifadə olunub.

Təlimlər Qarabağın cənubunda yerləşən hərbi poliqonların birində üç mərhələdə aparılıb. Hərbi təlimlərin mövzusu qəfil hücumun qarşısını almaq, qoşunları ən yüksək dərəcəli döyüş hazırlığı səviyyəsinə qaldırmaq, müdafiə əməliyyatının keçirilməsi olub.

 

Təlimlərin digər detalları, o cümlədən aviasiyada tətbiq olunan təyyarələrin tipləri açıqlanmayıb. Əgər bu məlumat həqiqətə uyğundursa, əgər Ermənistan tərəfi doğrudan da taktiki və hərbi aviasiyadan istifadə ediblərsə, onda güman etmək olar ki, erməni döyüş təyyarələri cəbhə xəttindən uzaqda uçub.

 

Bu addım münaqişənin qızışmasına yönəldilib və son günlər cəbhə xəttində Ermənistan tərəfindən törədilən təxribatların tərkib hissəsidir.(haqqin.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system