Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır

Oxundu: 195
Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır

“Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin mübadiləsi ilə bağlı təklifini müzakirə edir”.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Yerevanda jurnalistlərə belə deyib.

 

Ermənistan müdafiə naziri David Tonoyan məsələyə münasibət bildirib.

 

Nazir Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən Azərbaycan tərəfinin təklifinin təqdim olunduğunu söyləyib.

Bununla yanaşı, Tonoyan məsələyə Dağlıq Qarabağdakı qondarma rejimin də münasibətini vacib sayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan tərəfinin işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla dəyişdirilməsini təklif edib.

 

Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə 2014-cü ildə Dağlıq Qarabağda “məhkəmə” qurulub. Dilqəmə ömürlük və Şahbaza 22 il həbs cəzası kəsilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system