HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1889
Ermənistan Dilqəm və Şahbazı yalnız bu halda qaytarmaq istəyir

Ermənistan Dilqəm və Şahbazı yalnız bu halda qaytarmaq istəyir

Üzeyir Cəfərov: “Rusiya rəsmiləri bu günə qədər Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla maraqlanmayıblar”

Əzizlərinin məzarını ziyarət etmək üçün Kəlbəcərdəki doğma kəndlərinə gedərkən işğalçı Ermənistan ordusunun əsgərləri tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin əsir düşməsindən , Həsən Həsənovun isə qətlə yetirilməsindən 3 il keçir. Artıq 3 ildir ki, həmvətənlərimiz düşmən əsirliyində min cür əziyyətlərə və edilən işgəncələrə dözmək məcburiyyətindədirlər. Atılan addımlara baxmayaraq Ermənistan tərəfi girovları geri qaytarmaq istəmir.

 

Bəs görəsən Ermənistanın cinayətkar hakimiyyəti hansı addımın müqabilində əsirlərimizi geri qaytara bilər?

 

İslaminSesi mövzunu hərbi ekspert, ehtiyyatda olan Polkovnik-Leytenant Üzeyir Cəfərovla  müzakirə edib. Ekspertin sözlərinə görə,  ermənilər çalışırlar ki, Azərbaycan  girovların qaytarılması ilə bağlı separatçı Dağlıq Qarabağ rejiminə müraciət etsin: “  Azərbaycan heç zaman bu addımı atmayacaq. Çünki biz qondarma qurumu tanımırıq və heç vaxt da tanımayacağıq”.

 

Üzeyir Cəfərov qeyd edib ki, əslində bu məsələdə ən çox məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, hətta Rusiyanın Azərbaycandakı səfiri Doroxin də bu məsələyə bir neçə dəfə toxunublar.  Guya bu məsələni gündəmdə saxladıqlarını desələr də, Rusiya  rəsmiləri bu günə qədər Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla maraqlanmayıblar. Onlar sadəcə riyakarlıq edirlər. Çünki Rusiya istəsə bu məsələni bir anda həll edə bilər. Sadəcə bu erməni-rus hiyləgər oyunudur. Onlar girovları Qarabağda qəsdən saxlayırlar və Azərbaycanı separatçı rejimə müraciət etməyə məcbur buraxmaq istəyirlər. Lakin Azərbaycan heç vaxt bu addımı atmayacaq”.

 

Ekspert əlavə edib ki, mənasız danışıqlara son vermək lazımdır: “Bu hiyləgər oyunların oyunçularına inanmaq yox, onları qovmaq lazımdır. Dilqəm və Şahbaz məhz bu siyasi oyunların qurbanı olub. Azərbaycana qalsa, bir-iki mərmi atandan sonra ermənilər özləri təlaş içərisində girovlarımızı gətirib qaytarardılar. Sadəcə biz haqlı olduğumuz təqdirdə, hələlik gözləmə mövqeyi seçməyə məcburuq. Çünki başqa yolumuz yoxdur”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system