Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf

Oxundu: 60
Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf

Tarixi təhlil aparmadan Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət vermək mümkün deyil.

İslaminSesi xəbər verir ki, bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, tarixi həqiqət ondan ibarətdir ki, hazırda Ermənistanın yerləşdiyi torpaqlar əvvəllər İrəvan xanlığına aid olub.

 

“Bu xanlığın ərazisinə erməni miqrantlar köçüb. Rusiya imperiyası öz xristianlarını dəstəkləmək üçün onları yaşayış yeri ilə təmin edib. Gələcəkdə bütün bunlar Ermənistan SSR-ə çevrildi. Burada yaşayırdılar, daha sonra möhkəmləndilər”, - ekspert bildirib.

 

Aleksandr Perenciyev bildirib ki, o vaxtdan ermənilərin beynində belə bir postulat qalıb ki, türklərin əlindən torpaqlarını almaq olar:

 

“Onlar düşünüblər ki, bu prosesi niyə davam etdirməyək? Yumşaq desək, Azərbaycanın qeyri-sabit mövqe tutduğu bir dövrdə Ermənistan bundan istifadə etdi. Əvvəlcə kütləvi şəkildə Dağlıq Qarabağı bürüdülər, bundan sonra millətçilərin köməyi ilə bu torpaqları tutaraq, Ermənistan-Azərbaycan konfliktini başlatdılar. Qarabağda qırğın törətdilər. Ermənilər Dağlıq Qarabağ ərazisindən başqa, ətraf rayonları da tutdular. Bütün bunları işğal adlandırmaqdan çəkinmirəm”. /Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system