NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənistan ABŞ-ın çətiri altına keçərsə...

Oxundu: 1017
Ermənistan ABŞ-ın çətiri altına keçərsə...

Eldəniz Quliyev: “Qərbin bizi dəstəkləyəcəyinə, Vaşinqtonun Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcəyinə inanmıram”

 

Son zamanlar Cənubi Qafqaza, o cümlədən işğalçı ölkə olan Ermənistana amerikalı yüksək çinli elçilərin (Corc Kent, Con Bolton) baş tutan səfərləri şimal qonşumuzun narahatlığını xeyli artırıb. Kremlə yaxın siyasətçilərdən bir çoxu hətta Vaşinqtonun Cənubi Qafqazı bütünlüklə Moskvanın nəzarətindən çıxarmaq üçün hansısa plan hazırladığı barədə ehtimallar səsləndirməyə başlayıblar. Həmçinin, Qarabağ probleminin tezliklə həllinin də bu plana daxil olunduğu bildirilir.

 

Məlum məsələdir ki, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona təzəcə başa çatan səfəri, onun Bakı, İrəvan və Tiflisdə verdiyi mühüm bəyanatlar, Moskvanı xeyli əndişələndirib. Bu situasiyada Kreml sahibinun rəsmi İrəvana qəzəbi də diqqətdən yayınmır.

 

Bəs görəsən ABŞ-ın Ermənistana tam nəzarət edəcəyi təqdirdə Qarabağ probleminin ədalətli həllinə ümid etmək olarmı?

 

 "İslamınsəsi"-nin əməkdaşı bu sualla bağlı Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyevə müraciət edib. Rusiyalı politoloqların Ermənistanla bağlı ehtimallarının ağlabatan olmadığını vurğulayan Eldəniz bəyin fikrincə, hətta belə bir plan mövcud olsa belə,  işğalçı ölkənin bütünlüklə Rusiyanın təsirindən çıxması inandırıcı deyil: “Ermənistanın ABŞ-ın çətiri altına keçməsini rəsmi Moskvanın sakitcə izləməsi mümkün deyil. Rusiya son dərəcə zəifləyib parçalanmadıqca, iqtisadi baxımdan tam çökmədikcə bu məsələnin baş tutması mümkünsüzdür. Əgər baş tutsa belə Qərbin bizi dəstəkləyəcəyinə, ABŞ-ın Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcəyinə də inanmıram. Çünki Ermənistanda demokratik dəyişikliklər baş verib, korrupsiyaya qarşı mübarizə gücləndirilib.

 

Təsadüfi deyil ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent İrəvanda səfərdə olarkən demişdi ki, biz sizin ölkənizdə demokratik inkişafların baş verdiyini bilirik və ABŞ dekabr ayında keçiriləcək seçkilərin azad, ədalətli və şəffaf olacağını gözləyir. Bizdə mövcud  olan siyasi mənzərədən isə heç danışmağa dəyməz. Sizcə ABŞ, bütünlükdə Qərb dünyası bu mühüm amili gözardı edib Azərbaycana dəstək verərmi? Azərbaycan yalnız demokratik ölkəyə çevriləcəyi təqdirdə işğal olunmuş torpaqlarımızı hərb yolu ilə azad edə bilər".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system