NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənilərin kabusuna çevrilmişdi... – Düşmən onu “tornado” adlandırırdı

Oxundu: 133
Ermənilərin kabusuna çevrilmişdi... – Düşmən onu “tornado” adlandırırdı

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 26 il ötür.

 

Sahəsi 80250 hektar olan rayon 1993-cü ilin avqustun 31-də erməni işğalçıları tərəfindən zəbt olunub. Amma Əliyar Əliyev kimi oğulları olan Qubadlı əsla işğal edilə bilməzdi.

 

Tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru  Zaur Əliyev Əliyar Əliyev haqqında yazır:

“Ermənilərin birinci Qarabağ müharibəsi qorxularından biri də misilsiz qəhrəmanlıq göstərən Qubadlı Əliyar Əliyev idi. Ermənistanda Əliyarı "tornado" kimi qəbul edirdilər. Çünki tornado kimi hücuma keçən Əliyar ermənilərin kabusuna çevrilmişdi.

 Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-i bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmiş, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.

 

 

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamaq üçün uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu.

Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar.

Onu nəinki düşmən cəbhədə olan ermənilər, Bakıda vəzifədə oturan ermənilər də belə öldürmək istəyirdilər. Bakıdan onun ölümünə fitva verən şəxsin də, onu öldürmək üçün gedən batalyonun da, orda olanların da adları bəllidir... Təəssüf ki, bu gün onların adlarının açıqlanması mümkün deyil...

Düşmənlər Əliyarın ölümünü eşidəndə bayram edirdilər ki, "tornado" məhv oldu... O boyda oğula necə qıydılar...

Səni unutmadıq, komandir... Ruhun şad olsun... Qubadlı hələ də işğaldadır, komandir...”

/İslaminSesi/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system