NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İDMAN

Oxundu: 209
Ermənilərin  ehtiyat etdiyi idmançımız döyüşə çıxır

Ermənilərin ehtiyat etdiyi idmançımız döyüşə çıxır

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev döyüşə çıxacaq.

İslamınSəsi  BAKU.WS-ə istinatən məlumatına görə, idmançımız bu ayın 22-də Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda Mərakeş əsilli ispan idmançısı İsmael Barqani ilə döyüşəcək.
 

Qeyd edək ki,Hafiz Baxşəliyev Londonda Qafqaz İdman Klubunun rəhbəridir. Onun kluba ermənilərin buraxılmayacağı ilə açıqlaması Fransa və Ermənistan mediasının diqqətini çəkmişdir. İdmançı Böyük Britaniyada Azərbaycan diasporunun işində də fəallığı ilə seçilir.


 Aprel və Axlanlı hadisələrində Londonda fəaliyyət göstərən Ermənistan səfirliyi qarşısında keçirilən aksiyanın əsas təşkilatçılarından biri olub. Kikboksçunun İngiltərənin idman camiəsində də böyük nüfuzu var. Tez-tez fəxri qonaq kimi yarışlarda iştirak edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system