NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənilər torpaqlarımıza od vurdular - VİDEO

Oxundu: 327
Ermənilər torpaqlarımıza od vurdular - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan torpaqlarına od vurması nəticəsində ərazidə böyük yanğın baş verib.

İslaminSesi - Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub.

 

Yerli sakinlər bildiriblər ki, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Qaziyan və Qapanlı kəndləri ərazisinə keçib. Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır. 

 

Vəziyyətlə yerində tanış olmaq üçün “Aqrolizinq” əməkdaşları cəbhə bölgəsində olublar. Bildirilib ki, məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün texnika və kombaynlar ilk olaraq cəbhə bölgəsinə təhkim olunacaq.

 

Kənd sakinlərinin sözlərinə görə, yanğınlardan sonra cəbhə kəndlərində vəhşi heyvanların sayı xeyli çoxalıb. (Oxu.az)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system