NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənilər Şuşadakı(!) girovlarımızdan birini qaytarmağa hazırdır... -Bizə “humanist jest” edirlər...

Oxundu: 174
Ermənilər Şuşadakı(!) girovlarımızdan birini qaytarmağa hazırdır... -Bizə “humanist jest” edirlər...

Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər nazirliyi” hesab edilən saxta qurum qondarma rejimin Şuşa türməsində qanunsuz həbsdə saxlanılan vətəndaşlarımızdan birinin “vaxtından öncə azad edilməsi” məsələsini müzakirə etməyə hazır olması haqda bəyanat verib.

 

İslaminSesi Moderator.az-a istinadən  yazır ki, bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, söhbət 2017-ci ilin fevralında Tərtər rayonunun Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən əsir götürülmüş 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Elnur Hüseynzadədən gedir.  Qondarma separatçı-terrorçu rejimin sözçüsü  Artak Nersisyan bildirib ki, Kəlbəcər girovları Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsindən söhbət gedə bilməsə də,“Artsax hakimiyyəti”  “Azərbaycan tərəfinə bir humanitar jest olaraq” "ərazisində heç bir ağır cinayət törətməmiş Elnur Hüseynzadəni azad etmək barədə müzakirələr aparmağa hazırdır"...

 

Separatçı rejim Elnur Hüseynzadənin qaytarılmağı qarşılığında Azərbaycan əsirliyində olan 3 Ermənistan vətəndaşından "sağlamlıq problemləri olan" 2-nin azad olunmasını da şərt qoyub...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system