Ermənilər Qarabağın qaçış atlarını axtarır - FOTO

Oxundu: 53
Ermənilər Qarabağın qaçış atlarını axtarır - FOTO

Ermənilərin Qarabağın Xocalı rayonu ərazisində açdığı yeni atçılıq mərkəzinin yeni fotoları yayımlanıb.

 

İslaminSesi Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayonun Daşaltı kəndi yaxınlığında yerləşən eyniadlı dərədə yerləşən mərkəzdə 25 cins atın saxlanıldığı məlumdur.

 

“Atçılıq mərkəzimizdə ayğır, madyan və dayçalar ayrı saxlanılır. Atların ümumi sayı 25-dir ki, onların çoxu Qarabağ cinsindəndir.

 

Qarabağın qaçış atları olub. İndi onlardan demək olar qalmayıb. Çalışırq ki, bu cins atlarını da bərpa edək.

 

Bunda başqa, “Zevs” ləqəbli ingilis və “Sparta” adlı Holland cins atlarımız da var”- deyə atçılıq mərkəzinin direktoru Baqrat Mikaelyan deyib.

 

O, mərkəzdə atçılıq turizmi, gəzinti və yürüşlər planlaşdırdıqlarını da deyib.

 

Modern.az

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system