NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub

Oxundu: 118
Ermənilər girov götürdükləri azərbaycanlılara qarşı beynəlxalq konvensiyanı kobud şəkildə pozub

Erməni tərəfi Azərbaycan ərazilərini işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədləri kobud şəkildə pozub.

"İslaminSesi.info" -nın məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatında bildirilib.

 

Layihə çərçivəsində Bakı şəhərində, Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular keçirilib.

 

Həmin şəxslərin hüquqlarını həm milli və beynəlxalq səviyyədə müdafiə etmək məqsədi ilə toplanmış sorğulara istinadən emal olunmuş informasiya resursları və digər məlumatlar, həmçinin layihənin icra prosesi təhlil olunaraq müvafiq metodologiya əsasında əldə olunmuş nəticələrə istinadən erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq konvensiya və sənədlərin pozulduğu aşkar edilib.

 

Belə ki, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu (I Protokol) IV hissəsi ermənilər tərəfindən kobud surətdə pozulub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system