DÜNYA

Oxundu: 152
Erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə görə aclıq elan edib

Erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə görə aclıq elan edib

İslaminSesi.info News.am-a istinadla xəbər verir ki, Yerevanda tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğvi lahiyəsinə qarşı çıxan tələbələrin kütləvi aksiyası davam edir.

 

Onlardan 5 nəfəri bu gün səhər aclıq aksiyasına başlayıb. Bu barədə lahiyəyə qarşı yaradılan "Elmin inkişafı naminə" təşəbbüsünün üzvü David Petrosyan bildirib.

 

"Biz, dördümüzün artıq orduda qulluq etməyimizə baxmayaraq bu gündən aclıq elan edirik, beləliklə də, biganə ictimaiyyətə və xidmətdən möhləti ləğv edən qanun layihəsinə qarşı mübarizə aparırıq", - deyə Petrosyan qeyd edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system