NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2916
Erməni deputatdan şok açıqlama: “Naxçıvanın 20 min hektarı nəzarətimizə keçib”

Erməni deputatdan şok açıqlama: “Naxçıvanın 20 min hektarı nəzarətimizə keçib”

Ermənistanın hakim Respulika Partiyasının deputatı Miqran Akopyan bəyanat verərək "Aprel döyüşlərində" itirdikləri Azərbaycan torpaqlarına baxmayaraq, Serj Sarkisyanın prezidentliyi dövründə Naxçıvanda 20 min hektar ərazini ermənilərin nəzarəti altına ala bildiklərini bildirib.

Image result for Мигран Акопян

 

"Bizim torpaq itkimiz olmayıb, bizə sadəcə həmin 800 hektar (söhbət Azərbaycanın aprel döyüşlərində 800 ha ərazini geri qaytarmasından gedir) ərazini idarə etmək çətin idi. Və əgər biz indi hektarları saymağa başlasaq, onu deyim ki, Serj Sarkisyanın hakimiyyəti dövründə biz Naxidjevan istiqamətində 20 min hektar almışıq. Baxın, görəcəksiniz", -deyə Akopyan qeyd edib.

 

Akopyan bu bəyanatı verdikdən sonra bir neçə erməni KİV-ləri onun bu açıqlaması barədə ətraflı məlumatlar verib. Məsələn, "Lraqir" qəzeti 2014-cü ilin iyununda bir döyüş əməliyyatının baş verdiyini yazıb: "O zaman mənbələr erməni qüvvələrinin neytral zonada döyüş olmadan 100 kv. km ərazidə nəzarəti ələ ala bildiklərini bildiriblər, ki, nəticədə azərbaycanlılar öz qoşunlarını təhlükəsizliyə görə əvvəlki mövqelərdən geri çəkməyə məcbur olub. Deputat bildirib ki, bunun sayəsində həm Naxidjevan (Naxçıvan-red) şəhəri həm də hava limanı atəş endirilə bilmə zonasında düşüblər."

 

2014-cü ilə həqiqətən də ən sakit illərdən olmamışdı. Bunu xatırlatmaq kifayətdir ki, məhz o zaman Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində təlimlər zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus vertolyot vurulmuşdu. 

 

Amma Azərbaycanın Naxçıvanda 20 min hektar ərazini itirməsini heç kim eşitməmişdi. İslaminSesi.info haqqin.az-a istinadla xəbər verir ki, Miqran Akopyanın bu açıqlamasını elə erməni sosial şəbəkəsində erməni seqmentinin istifadəçiləri və bologgerləri də ələ salmağa başlayıb.

 

Misal olaraq «Ереванец» adlı tanınmış blogger «Кавказский Узел»  saytında "Naxçıvan tezliklə bizim olacaq...:)))" başlıqlı mətn yazıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system