NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərəfə gününün əzəməti və onun müstəhəb əməlləri

Oxundu: 795
Ərəfə gününün əzəməti  və onun müstəhəb əməlləri

İmam Sadiq (ə) başqa bir hədisdə buyurub: Ramazan ayında bağışlanmayanlar başqa aylarda bağışlanılmaz, yalnız ərəfə günündən başqa ( Dəaimiu-islam. C-1. Səh-269).

İslaminSesi.info - Zilhiccənin 9-u ərəfə günü bayram günü olmasada, ilahi rəhmətlə dolu bir gündür. Bu gün Allah Təalanın rəhməti, bağışlaması yer əhlinə şamil olur. Bu günün bərəkətindən faydalanmaq fərdi məsələdir. Çünki, bu gün dua günüdür. Hər bir kəs bacardığı qədər ibadət və dua ilə məşğul olur və hər kəs də diqqəti və səyi qədərində bu gündən bəhrə aparır.



Ərəfə gününün tövsiyə olunmuş əməlləri vardır ki, insan bunlardan istifadə etməklə ilahi rəhmətdən öz nəsibini əldə edə bilər:

 


1-Qüsul etmək. 


2-İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.


3-Vacibi günorta namazlarından sonra iki rəkət namaz qılmaq. Birinci rəkətdə Həmddən sonra İxlas, ikinci rəkətdən sonra Kafiran surəsini oxumaq.


4-İmam Hüseynin (ə) ərəfə günü oxuduğu duanı oxumaq...


5-İmam Səccadın (ə) ərəfə günü duası...


6-Əşarat düasını oxumaq.

 

7-Oruc tutmaq.

 

8- “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)

 

9- İmam Sadiq (ı)-dan zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhunu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əs əlikə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”

 

10- Çoxlu dua etmək.

 

 

İmam Sadiq (ə) bu barədə buyurub: Bu gündə isdədiyin duanı seç və dua et. Çünki bu gün (ərəfə) dua və problemlərin həll olması üçün xüusi bir gündür (Təhzibul Əhkam. C-5. Səh-182).

 


Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system