NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərəfə günü və müstəhəb əməlləri

Oxundu: 188
Ərəfə günü və müstəhəb əməlləri

Ərəfə günü və onun müstəhəb əməlləri

 

İslaminSesi.info - Zilhiccənin 9-u ərəfə günü bayram günü olmasada, ilahi rəhmətlə dolu bir gündür. Bu gün Allah Təalanın rəhməti, bağışlaması yer əhlinə şamil olur. Bu günün bərəkətindən faydalanmaq fərdi məsələdir. Çünki, bu gün dua günüdür. Hər bir kəs bacardığı qədər ibadət və dua ilə məşğul olur və hər kəs də diqqəti və səyi qədərində bu gündən bəhrə aparır.

Ərəfə gününün tövsiyə olunmuş əməlləri vardır ki, insan bunlardan istifadə etməklə ilahi rəhmətdən öz nəsibini əldə edə bilər:


1-Qüsul etmək. 


2-İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.


3-Vacibi günorta namazlarından sonra iki rəkət namaz qılmaq. Birinci rəkətdə Həmddən sonra İxlas, ikinci rəkətdən sonra Kafiran surəsini oxumaq.


4-İmam Hüseynin (ə) ərəfə günü oxuduğu duanı oxumaq...


5-İmam Səccadın (ə) ərəfə günü duası...


6-Əşarat düasını oxumaq.

 

7-Oruc tutmaq.

 

İmam Sadiq (ə) ərəfə günü haqda buyurub: Ramazan ayında bağışlanmayanlar başqa aylarda bağışlanılmaz, yalnız ərəfə günündən başqa ( Dəaimiu-islam. C-1. Səh-269).


8-Çoxlu dua etmək. İmam Sadiq (ə) bu barədə buyurub: Bu gündə isdədiyin duanı seç və dua et. Çünki bu gün (ərəfə) dua və problemlərin həll olması üçün xüusi bir gündür (Təhzibul Əhkam. C-5. Səh-182).

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system