“Ərəblər hamımızı məhv etmək istəyir!” – Netanyahu təlaş içində

Oxundu: 430
“Ərəblər hamımızı məhv etmək istəyir!” – Netanyahu təlaş içində

İsrailin baş naziri Benyamin Netanyahu seçicilərinə qəribə, təhdid dolu mesaj göndərib.

 

İslaminSesi arabic.rt-yə istinadən xəbər verir ki, Netanyahu bu barədə öz “Facebook” hesabında yazıb. O “Ərəblər bizim hamımızı məhv etmək istəyir” mesajı ilə israilliləri Knessetə seçkilərdə Likud partiyasını dəstəkləməyə çağırıb.

 

Seçicilərdən dəstək istəyən Netanyahu bu kimi  yazılarla vətəndaşlarını qorxuya salaraq ölkədə solçu bir hökumət qurmaq təhlükəsi barədə də xəbərdarlıq edib.

 

Ölkədə solçuların zəif olduğunu və ərəblərdən dəstək aldığını yazan Netanyahu : “Ey qadınlar, kişilər, uşaqlar! Bu reaktiv bir yeni İranın ortaya çıxması və bizi məhv etməsi deməkdir” deyərək diqqət və səs qazanmağa çalışaraq israilliləri özünə cəlb etməyə çalışıb.

 

Netanyahu məktubu oxuyan hər kəsi "baş nazirin elçisi" olmağa və üç dostunu və ya qohumlarını qarşıdakı seçkilərdə Likudu dəstəkləməyə çağırıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system