DÜNYA

Oxundu: 56
Ərəb və müsəlman dövlətləri Trampın Qüdslə bağlı qərarına ciddi xəbərdarlıq ediblər

Ərəb və müsəlman dövlətləri Trampın Qüdslə bağlı qərarına ciddi xəbərdarlıq ediblər

Ötən gün ABŞ prezidenti Donald Tramp Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi haqda qərarı imzalayıb və Qüds şəhərini İsrailin paytaxtı olduğunu deyib. Bundan sonra ABŞ prezidentinin qərarına cavab olaraq əksər müsəlman, ərəb və dünya ölkələrindən ciddi xəbərdarlıqlar gəlib.

İslaminSesi.info xəbər verir ki, bütün ərəb ölkələri dövlət başçıları və XİN müstəvilərində ABŞ prezidentinin qərarına etiraz və xəbərdarlıq ediblər.

 

Bölgədə ABŞ-ın əsas müttəfiqi olan Səudiyyə də etirazını bildirib.

 

Səudiyyə Ərəbistanın krallığının bəyanatında bildirilir ki, “Amerikanın Qüdslə bağlı qərarı məsuliyyətsiz, qeyri-qanuni və pislənilmiş bir qərardır. Krallıq buna görə bunu pisləyir, ciddi təəssüf hissini bildirir”

 

Bu arada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən gün Səudiyyə kralı Salman bin Əbdüləziz və İran prezidenti Həsən Ruhani ilə telefon bağlantısında olub.

Tərəflər gələn həftənin çərşənbə günündə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda fövqəladə toplantısının keçirilməsi ilə bağlı razılığıa gəliblər.

 

Ərəb dövlətlərinin hamısı və islam dövlətlərinin əksəriyyəti ABŞ prezidentinin bu qərarını pisləyib. Bölgədə yüzlərlə İslami təşkilat ABŞ-ın bu qərarının qarşısında ciddi addımlar atmağa çağırıblar.

 

İsrail baş naziri Benyamin Netanyahu ötən günkü çıxışında bildirib ki, İsraillilər həmişə Trampa minnətdar olacaqlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system