NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 116
Ərəb Dövlətləri Liqasının iclasında ciddi qalmaqal yaşanıb

Ərəb Dövlətləri Liqasının iclasında ciddi qalmaqal yaşanıb

Qətər rəsmisi “İran şərafətli dövlətdir” dedi - Ərəb Dövlətləri Liqasının iclası bir-birinə dəydi

İslaminSesi.info - Ötən gün Qahirədə Ərəb Dövlətlərinin Liqasında keçirilən iclas zamanı Qətərin Xarici İşlər üzrə naziri əs-Sultan Mirrixi çıxış edərək, Səudiyyə və komandası tərəfindən ölkəsinə tətbiq edilən sanksiyanı və ölkədə çevriliş cəhdlərinin həyata keçirilməsini tənqid edib.

 

O bildirib ki, biz siz Səudiyyəyə görə İranla diplomatik əlaqələri kəsdik, siz bizə hətta bizim heyvanlarımıza sanksiya tətbiq etdiyiniz zamanda İran bizə dayaq oldu. İran sübut etdi ki, həqiqətən də şərafətli dövlətdir.

 

Yenidən söz demək üçün Qətər nümayəndəsinin vaxt istəməsi Səudiyyə və komandasının nümayəndələrinin etirazına və toplantı zalında tərəflərin bir-birini ittiham etməsinə və eləcə də qalmaqalın başlamasına səbəb olub.

 

Qeyd edək ki, Səudiyyə və komandası cari ilin iyunundan başlayaraq Qətərə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edib və bu ölkədən 13 şərti icra etməyi istəyib. Qətər isə bu şərtlərin dövlətin müstəqillik və suverenliyini sual altına atacağına görə onları qəbul etməkdən imtina edir. Səudiyyə komandasının əsas tələbi müsəlman ölkələrində terror birləşmələrinin və İxvanul-muslimin hərəkatının Qətər tərəfindən dəstəklənməsinin və Əl-Cəzirə telekanalının faliyyətinin dayandırılmasıdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system