NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərəb dövlətləri "əsrin sazişini" rədd edə bilər

Oxundu: 474
Ərəb dövlətləri

Ərəb Dövlətlər Liqası (ƏDL) Fələstin-İsrail nizamlanması üzrə fələstinlilərin hüquqlarını nəzərə almayan və BMT qətnamələrini pozan heç bir təklifi qəbul etməyəcək.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda XİN başçıları səviyyəsində Fələstin milli administrasiyasının sədri Mahmud Abbasın iştirakı ilə Qahirədə keçirilən növbədən kənar ƏDL toplantısı zamanı bildirilib.

 

Təşkilatın bəyanatında qeyd olunur ki, ərəb dövlətləri beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə əsaslanan sülh təşəbbüsünü hələ 2002-ci ildə təklif edib və bu əsaslara uyğun olmayan heç bir plan və ya sazişi qəbul edə bilməzlər.

 

Xatırladaq ki, ABŞ artıq iki ildir ki, "əsrin sazişi" kimi tanınan Yaxın Şərqdə nizamlanma planını hazırlayır. Sənədin detalları belə hələ də açıqlanmayıb.

 

Daha öncə məlum olub ki, sənədin iyulda, müqəddəs Ramazan ayından sonra dərc olunacağı planlaşdırılır..

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system