NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:24
  • ZÖHR 12:47
  • ŞAM 20:28
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 223
“Ərəb dövlətləri başçılarının toplantısının harada keçirilməsini husilər müəyyənləşdirir”

“Ərəb dövlətləri başçılarının toplantısının harada keçirilməsini husilər müəyyənləşdirir”

“Ərəblərin koalisiyasının husilərə qarşı 3 ildir apardığı müharibənin nəticəsi: Ərəb Dövlətləri Liqasının zirvə toplantısının harada keçirilməsini husilər təyin edir”

İslaminSesi.info xəbər verir ki, bunu sudanlı tanınmış siyasi xadim mütəfəkkir Tacussir Osman deyib.

 

Səudiyyənin ev sahibliyi etdiyi ƏDL-in 29-cu zirvə toplantısının paytaxt ər-Riyadda deyil ölkənin uzaq şərqindəki Zəhranda keçirilməsinə öz twitter səhifəsində münasibət bildirən sudanlı siyasi-ictimai xadim bunun səbəbinin husilərin ballistik raketlərinin ər-Riyada çatması olduğunu bildirib.

 

Qeyd edək ki ilk dəfə Associated-Press məlumat verib ki Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda keçirilməsi nəzərdə tutulan ƏDL zirvə toplantısı bu ölkənin şimal-şərqində olan Dəmmam bölgəsinə köçürüləcək.

 

 

Bu dioqnoz son iki gündə reallaşdı və Səudiyyə ərəb liderlərini ər-Riyadda deyil, Zəhranda qarşıladı.

 

Yəmənlilər 11 apreldə Səudiyyənin paytaxtında Müdafiə Nazirliyini, Cazan əyalətində “Məlik Abdullah” iqtisadi şəhərini və habelə Nəcran əyalətində “Aramco” şirkətinə ballistik raketlər atmışdılar.

 

Səudiyyənin təcavüzünə cavab verən yəmənlilər 11 apreldəki bu hücumda “Burkan-2H”, “Bədr-1” və “Zilzal-2” ballistik raketlərindən istifadə ediblər.

 

Qeyd edək ki, bundan öncə paytaxtı və digər əyalətləri idarə edən hakimiyyət orqanı “İnqilabın Ali Şurası”nın sədri Saleh Səmmad bildirmişdi ki bu il (Səudiyyəyə qarşı) raketlər ili olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system