NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərdoğanın “terrorçuların agenti” adlandırdığı almaniyalı jurnalist azadlığa buraxılıb

Oxundu: 343
Ərdoğanın “terrorçuların agenti” adlandırdığı almaniyalı jurnalist azadlığa buraxılıb

İslaminSesi.info-nun NTV-yə istinadla verdiyi məlumata görə, Almaniyanın "Die Welt" media orqanının Türkiyə təmsilçisi Dəniz Yücel azadlığa buraxılıb. Jurnalistin azad edildiyini onun vəkili bildirib.

Dəniz Yücel keçən il fevralın 14-də İstanbulda öz istəyi ilə ifadə vermək üçün getdiyi polisdə saxlanılmış, fevralın 27-də "xalqı kin və düşmənçiliyə təhrik etmə və terror təbliğatı aparmaq" ittihamı ilə həbs olunmuşdu. O, həbs edilməsinin səbəinin Die Welt qəzetində dərc olunan xəbər və yazılarına görə olunduğunu bildirmişdi.

 

Qeyd edək ki, Dəniz Yücel həbs edildikdən sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onu terrorçuların agenti adlandırmış və həbs olunduğu barədə şükür etmişdi.

 

Almaniya höküməti bu jurnalisti azad etməyi Türkiyə ilə münasibətlərinin normallaşması üçün şərtlərdən biri kimi irəli sürürdü.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system