NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 2608
Ərdoğanın medal verdiyi Kral Salmanın vəhabi babasının İstanbulda edam edildiyini bilirdinizmi?

Ərdoğanın medal verdiyi Kral Salmanın vəhabi babasının İstanbulda edam edildiyini bilirdinizmi?

İllərdi Türkiyənin müttəfiqi olan Səud rejiminin babalarından birinin Osmanlı sultanı tərəfindən edam olunduğunu bilirdinizmi? Halbuki özünü Osmanlı nəvəsi adlandıran Rəcəb Tayyib Ərdoğan son illər səudlarla eyni cəbhədə yer alır, hətta Yəmən cəbhəsində Səudları dəstəkləyib.

İslaminSesi bildirir ki, kral Salman ya da tam adı ilə desək Salman ibn Abduləziz əl Səud Səudiyyə Ərəbistanın yeddinci kralıdır. Tarix boyunca nəzər saldıqda qarşımızda qəribə bir mənzərə açılır. İllərdi Türkiyənin müttəfiqi olan Səud rejiminin babalarından birinin Osmanlı sultanı tərəfindən edam olunduğunu bilirdinizmi? Halbuki özünü Osmanlı nəvəsi adlandıran Rəcəb Tayyib Ərdoğan son illər səudlarla eyni cəbhədə yer alır, hətta Yəmən cəbhəsində Səudları dəstəkləyib.

 

2016-cı ilin aprel ayında Səud kralı Salman Ankarada dövlət nişanı ilə təltif olundu. Lakin tarix danılmaz faktlarla özünü qorumaqdadır. 1820-ci ilin bu ayında dünya tarixində Salmanın babasının İstanbulda edam olunması ilə düşüb. Gəlin bu tarixi hadisəni bir az işıqlandıraq.

 

Ərəb yarımadası 18-ci əsrdə vəhhabilərin əlinə keçdi. Vəhhabilik 1703-cü ildə Nəcd bölgəsinin Üyeynə kəndində anadan olan Əbdül Vəhabın və Sələfi cəryanının qurucusu olan ibn Teymiyyənin baxışlarına əsaslanır. Hz. Məhəmmədin(s) dövründəki İslama qayıdacaqlarını iddia edən vəhhabilər bütün məzarlara və yeniliyə qarşı çıxmağa başladılar. Getdikləri hər yerdə məzarları və türbələri dağıdan Abdul Vəhhab və tərəfdarları daim sürgün edilirdi.

 

Ancaq Səud qəbiləsinin lideri Məhəmməd ibn Səud onu himayəsinə götürdü. 1744-cü ildə Deriyə müqaviləsi ilə bu inanc qanuniləşdi və hakimiyyətə gəlməyə can atan Səud sülaləsinin ideologiyasına çevrildi.

 

1790-cı ildə Səud sülaləsi Nəcd bölgəsinə sahib oldu. Səudların bu cür qüvvətlənməsinə Rus və İran müharibəsinə görə diqqəti yayılan Osmanlı dövləti o qədər də diqqət ayıra bilmirdi. Bundan yararlanan Səudlar daha da irəli gedərək Nəcəf şəhərini ələ keçirirlər. 1802-ci ilə Kərbəlanı ələ keçirib, Hz. Hüseynin (ə) məzarını dağıdırlar və yüzlərlə şiəni qılıncdan keçirirlər. Ardınca Taifi, Məkkəni və Mədinəni ələ keçirirlər. Məkkənin hakimi Qalib qısa müddət sonra oranı geri alır və Səud şeyxi Abduləziz Nəcdə geri dönür. Elə orada Kərbəlanın intiqamını almaq istəyən bir şiə tərəfindən öldürülür. Onun yerinə keçən oğlu Abduləziz yenidən Mədinəni ələ keçirdir, vəhabiliyi qəbul etməyənləri ölümlə hədələyir və bütün məzarlıqları, türbələri dağıdır. Hətta Hz. Məhəmmədin (s) də türbəsini qarət edirlər. Bir il sonra Məkkəni ələ keçirirlər və Məkkə hakimi Qalib onlara tabe olur.

 

Müqəddəs torpaqlarda baş alıb gedən vəhabi canavarlığı və Məkkəyə gedən yolların bağlanması Osmanlıları ciddi narahat edir. Bu zaman İkinci Mahmud bu məsələni Misir valisi Kavalalı Mehmet Əli Paşaya həvalə edir. Əli Paşa 1812-13-cü illərdə Məkkəni, Taifi və Mədinəni vəhabilərdən təmizləyir. Elə bu məqamda Abdulaziz ölür və yerinə 1814-cü ildə oğlu Abdullah keçir. Elə bu hadisə paralel olaraq Misir valisi Əli Paşa ölür və onun yerinə keçən İbrahim Paşa vəhabilərin paytaxtı Deriyi mühasirəyə alır. 1818-ci ilin aprel ayında şəhər alınır. Abdullah ibn Səud ələ keçirilir. Onu əvvəl Misirə, sonra isə İstanbula göndərirlər.

 

Abdullah ibn Səudun başı Bəyazit meydanında Sultan Mahmudun hüzurunda Bostançıbaşı Xəlil Ağanın qılıncı ilə kəsilir. Edam paytaxtda böyük sevinclə qarşılanır. Səudun başı günlərlə Topkapı sarayının divarları önündə sərgilənir. Səudla birlikdə yaxalanan onlarla vəhhabi alimi də  edam olunur. Onların arasında Deriyə şəhərinin qazisi də olur.

 

Səudların İstanbula gətirilməsi və edamı tam müfəssəl şəkildə Selda Günerin “Vəhabi Səudlar” kitabında verilib. Kitabda hadisə belə təsvir olunur: “Misirdən İstanbula göndərilən səudları gətirən gəmi Halicə yaxınlaşdı. Abdullah və adamlarının boyunlarına iki qat zəncir vurulmuşdu. Divanyolundan keçirilib Sədr Əzəmin hüzuruna çıxarıldılar. Sədr Əzəm Abdullahın dəstəsini gətirən gəmi heyətini mükafatlandırdı və onları ömürlük təqaüd kəsdi. Abdullahın adamları Bistançıbaşı həbsxanasına göndərildilər və Məkkə, Mədinədən oğurladıqları malların yerlərni demələri üçün 3 gün sorğuya çəkildilər.

 

3 gün sonra hökmdar mizraq oyunlarını seyr etmək etmək üçün köhnə saraya getmişdi. Elə bu zaman məhkumları İkinci Mahmudun qarşısına çıxardılar. Hökmdar onları xeyli süzdükdən sonra edam olunmalarına dair  əmr etdi.

 

İstintaq zamanı Məkkə, Mədinə və Hz. Hüseynin Kərbəladakı türbəsindən oğurladıqları mallar haqqında Misirdə saxlanılan digər məhkumların bilgi sahibi olduğu aşkarlandı. Ona görə də təcili Misirlə əlaqə saxlayıb malları aşkarlayıb yerlərinə qaytardılar”./CNN

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system