DÜNYA

Oxundu: 3278
Ərdoğandan şok açıqlama: “Putin Qarabağ probleminin həllinə inanmır”

Ərdoğandan şok açıqlama: “Putin Qarabağ probleminin həllinə inanmır”

Türkiyə prezidenti bir neçə saat öncə Rusiya,Küveyt və Qətərə etdiyi səfərlərin yekunlarını açıqlayıb.

İslaminSesi.info Star-a istinadla xəbər verir ki, jurnalistlərlə söhbətində Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı müzakirə olunan Dağlıq Qqarabağ münaqişəsinə də toxunub.

 

"Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin verdiyi "Erməni işğalı başa çatmalıdır" qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Cənab Putin müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən ümidsizdir, onu (elə) gördüm".

 

Qeyd edək ki, danışıqlar Putin və Ərdoğan arasında bir neçə gün əvvəl keçirilib. Prezidentlər, və onların mətbuat xidmətləri bu vaxtadək iki ölkə başçılarının Qarabağ problemi üzrə danışıqlarının yekunlarını şərh etməmişdilər. Peskov görüşün gizli əsasda keçirildiyini bildirmişdi. Ərdoğan isı görüşdən öncə onların müzakirəsinin mühüm məsələ olduğunu açıqlamış və bildirmişdi ki, bu məsələ Putinin istəyindən asılıdır.

 

Rusiya və Türkiyə prezidentləri noyabrın 22-də Soçidə yenidən görüşəcəklər, burada Həsən Ruhaninin də qatılımı ilə keçiriləcək görüşdə əsas mövzu Suriya məsələsi olacaq, lakin Qarabağ məsələsinin də müzakirə olunacağı ehtimallar sırasındadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system