NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 405
Ərdoğan və Putinin Qarabağla bağlı danışıqları gizli keçirilib

Ərdoğan və Putinin Qarabağla bağlı danışıqları gizli keçirilib

İslaminSesi.info RİA-ya istinadla xəbər verir ki, dünən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində görüş baş tutub.

İki ölkə prezidentlərinin arasında baş tutan görüş 4 saatdan çox davam edib. Danışıqların mövzusu ikitərəfli münasibətlər və Ərdoğanın əvvəlcədən də bəyan etdiyi kimi Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub. R. Ərdoğan görüşdən öncə bildirmişdi ki, "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfini tutmağa davam edəcək. Mən gələn həftə və ya bir həftədən sonra Rusiya prezidenti hörmətli Vladimir Putinlə görüşəcəyəm, çünki onun münasibəti çox vacibdir. Əgər o bu məsələdə həqiqətən köklənəcəksə, onu həll etmək asan olacaq". Görüş gizli keçirilib və Qarabağla barədə iki prezidentin arasındakı danışıqlar mətbuata açıqlanmayıb.

 

 

 

İki ölkə prezidentinin yekunda mətbuata verdikləri açıqlamalar Türkiyə ilə Rusiya arasındakı iqtisadi əlaqələr, vizasız keçid məsələsi, Suriyadakı vəziyyət və hərbi sahədə əməkdaşlıq barədə olub. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system