Ərdoğan: Trump ilə də görüşdük, İdlibdən ayrılmayacağıq

Oxundu: 73
Ərdoğan: Trump ilə də görüşdük, İdlibdən ayrılmayacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentdə çıxış edərək İdlibdə son vəziyyəti təhlil edib.

 

İslaminSesi Rusiya KİV-nə istinadən xəbər verir ki, Ərdoğan İdlib mövzusunda Rusiya ilə danışıqların nəticəsiz olduğunu deyib:

 

“Təəssüf ki, Türkiyədəki və Rusiyadakı danışıqlardan nəticə çıxara bilmədik. Danışıqlar masasında qarşımıza qoyduğumuz hədəflərdən uzaq olduğumuzu görürük.”

 

İdlibdəki əməliyyat vaxt məsələsidir, deyən Ərdoğan, bütün hazırlıqları başa vurduq, birdən gələcəyik deyərək növbəti hücum planını xatırladıb.

 

Trump ilə də görüşdük və qətiyyətimizi onunla bölüşdük deyən Türkiyə lideri, hələ bu vaxta qədər (Əsəd) rejimini anlamayanlara və onu təşviq edənlərə bunu deyirəm: İdlibdən ayrılmayacağıq, deyərək bu mövzuda israrlı olduğunu bildirib.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system