NAMAZ VAXTLARI:
  • FƏCR 05:33
  • GÜN 06:53
  • ZÖHR 12:26
  • ŞAM 18:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ərdoğan nəyə görə növbədən kənar seçkilərə getdi? - Açıqlama

Oxundu: 3068
Ərdoğan nəyə görə növbədən kənar seçkilərə getdi? - Açıqlama

Hikmət Hacızadə: “Ərdoğan hökumətini sarsıtmaq istəyən müxalif qüvvələr mövcuddur”

 

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bəyanat verib. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə keçirdiyi görüşdən sonra  bu cür açıqlama verən Ərdoğan nəinki  xalqın, həmçinin dünyanın diqqətini öz üzərinə yönəltməyi bacarıb.  Hər kəsi, Ərdoğanın bu addımı hansı səbəbdən atdığı maraqlandırır.

 

Bəs görəsən Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə səbəb nədir?

 

İslaminsesi mövzunu politoloq Hikmət Hacızadə ilə müzakirə edib.  Politoloq bildirib ki, Ərdoğanın bu qərarı çox gözlənilməz oldu: “Dövlət Bağçalı Ərdoğanla görüşdə bildirib ki, dövləti sarsıtmaq istəyən güclü qüvvələr mövcuddur. Onlar köhnə seçki tarixində Türkiyəni silkələməyi planlayırlar. Hər halda oxuduğum bir media qurumunda Dövlət Bağçalının fikirləri bu cür qeyd olunub. Düşünürəm ki, məhz bu səbəbdən Ərdoğan növbədənkənar seçkilər təyin edib”.

 

 Hikmət Hacızadə əlavə edib ki, Ərdoğan və Bağçalı koalisiya qurublar: “Onlar səs çoxluğu ilə seçkidə qalib gəlmək istəyirlər. Həmçinin həm İslam, həm də xarici siyasət mövzusunda onların baxışları üst-üstə düşür. Onların platformaları eynidir”.

 

 Politoloqun sözlərinə görə, hər bir halda Ərdoğan hökumətini sarsıtmaq istəyən müxalif qüvvələr mövcuddur. Məhz bu səbəbdən də Dövlət Bağçalı Ərdoğanla görüşdə onu uyarmağa çalışıb.  Bu səbəbdən də erkən seçkilər haqda qərar qəbul edilib. Ərdoğan və Dövlət Bağçalının eyni koalisiyada olması, onların seçkidə səs çoxluğu ilə qalib gəlməsinə imkan yaradır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system