NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Ərdoğan Kılıçdaroğluna: “Zəlil və səviyyəsiz…”

Oxundu: 736
Ərdoğan Kılıçdaroğluna: “Zəlil və səviyyəsiz…”

Ərdoğan: Türkiyənin yüksəlişi səlib artıqlarının xoşuna gəlmir...

"İslaminSesi" - Türkiyə lideri Kılıçdaroğlunu Yeni Zelandiyada baş verən terror aktı ilə bağlı səsləndirdiyi fikirinə görə təhqir edib:

 

“Türkiyənin yüksəlişi səlib artıqlarının xoşuna gəlmir. Nə qədər narahat olurlar olsunlar, biz əsla geri addım atmayacağıq.

 

Siz istəməsiniz də, biz Qüdsün, Qəzzanın haqqını müdafiə edəcəyik. Yəmənli uşaqların, suriyalı möhtacların, afrikalı acların səsi olacağıq.

Terrorun islam ölkəsindən qaynaqlandığını deyəcək qədər səviyyəsiz, zəlil adam. Sən kimin tərəfindəsən? Donuzun, yoxsa bu millətin? Buradan CHP-yə səs verən qardaşlarıma səslənirəm: Bu adam layihədir.

Avstraliyalı senator Fraser Anniqin dedikləri ilə Kamal bəyin dedikləri eynidir”.

 

Qeyd edək ki, Kamal Kılıçdaroğlu Yeni Zelandiyada ötən gün baş verən terror aktı ilə bağlı Tvitter hesabında “Bu məsələdə Qərb ölkələrinin tapşırığını etməyə, İslam ölkələrini öz aralarındakı müharibəni bitirib, barış içində yaşamağa səsləyirik,”- sözlərini yazıb.(Axar.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system