"Ərdoğan çox böyük lider və zəki insandır, dünya Türkiyəyə qarşı ədalətli deyil" - Tramp

Oxundu: 55

ABŞ prezidenti Donald Tramp, ABŞ və Türkiyə arasında PKK/YPG terror təşkilatının 120 saat ərzində Suriyanın şimal-şərqindən çəkilməsi haqda edilən anlaşma haqda danışıb.

İslaminSesi xəbər verir ki, Tramp Türkiyənin təhlükəsizlik qayğılarını anladığını, rəsmi Ankara ilə anlaşmalarından məmnun olduğunu deyib.

 

"Türkiyəyə qarşı sanksiyalara lazım olmayacaq, çünki anlaşma əldə edə bildik.  Dostum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm. Aramızda bir problem olmamasından məmnunam, çünki o, böyük liderdir. Suriyanın şimalı üçün anlaşa bildik. Bu 5 gün ərzində YPG və və digərləri Türkiyənin tələb etdiyi Güvənli Bölgəni tərk edəcəklər. Bu Güvənli Bölgəni Türkiyə həmişə istəyirdi. Türkiyənin böyük bir hərbi gücü var. Türkiyə bizim dostumuz və NATO üzvüdür. 
 

Biz ABŞ olaraq savaş içində olmaq istəmirik.  Xatırlayın, Barak Obama qısa müddətdə Suriyada yarım milyon insanın həyatını itirməsinə səbəb oldu. Eyni bölgədə biz çox  can itkisi yaşamışıq. Mən çox sevinirəm, çünki ABŞ əsgərləri döyüşmədən ölkələrinə qayıdacaqlar. 

 

Prezident Ərdoğan çox zəki biridir. Aramızda olan anlaşmanın həyata keçirilməsini istəyir. Öz xalqının təhlükəsizliyini istəyir. Suriyanın şimalından Türkiyəyə yönəlik bir çox pis aktlar həyata keçirilib, Türkiyədə bir çox insan öldürülüb. Bu heç ədalətli deyil, amma dünyada heç kim bundan danışmır" - Tramp belə deyib. /Avropa.info/ 

 

P.S. Dünyanı qarışdıran dövlətin, dünyanı qarışdıran başçısı deyir ki, dünya Türkiyəyə qarşı ədalətli deyil. Bəs razılaşmadan əvvəlki sanksiya hədələri ədalətli idimi?

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system