Ərdoğan bu ölkəni türkləşdirir – Suriyalı diplomatdan SENSASİON İDDİA

Oxundu: 132
Ərdoğan bu ölkəni türkləşdirir – Suriyalı diplomatdan SENSASİON İDDİA

Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar bu bölgənin türkləşməsinə səbəb olub.

İslaminSesi xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.


Suriyalı diplomat Astanada (Qazaxıstan) Suriyanın şimalındakı türkləşmə prosesi barədə müzakirə aparıldığını bildirib:


“Bölgədə türk bayraqları asırlar, məktəblərə türkləri cəlb edirlər. Bu beynəlxalq hüquq normalarına ziddir”.


Bəşər Cəfəri baş verənlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib:


"Bunu Türkiyə hakimiyyəti edir. Bu məsələ apardığımız danışıqlarda əsas müzakirə mövzularından biridir. Türkiyənin belə hərəkətlərinin təhlükəsizliyimizi təhdid etdiyini bildirdik"./Teleqraf.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system