Ərdoğan Bosfor boğazını Rusiya hərbi gəmilərinin üzünə bağlayacaq

Oxundu: 102
Ərdoğan Bosfor boğazını Rusiya hərbi gəmilərinin üzünə bağlayacaq

Türkiyə Rusiyanın Suriyaya keçmək cəhdinin qarşısını almaq üçün Bosfor boğazını rus gəmilərinin üzünə bağlamaq niyyətindədir.

İslaminSesi xəbər verir ki, bu barədə xarici avia.pro nəşri məlumat yayıb.

 

Məlumata görə, Suriya ordusunun İdlib və Hələbdəki aktiv fəaliyyəti, Ərdoğanı Rusiya hərbi gəmilərinin Bosfordan keçidini bağlamağa məcbur edib.


Rusiya hərbi gəmilərinin Qara dənizdən Aralıq dənizinə keçidini bağlaması, terrorçuları hücuma göndərmək üçün Ərdoğana vaxt qazanmağa imkan verə bilər. Ancaq Rusiya tərəfinin terrorçuların silahla təmin olunmasının qarşısını almaq üçün Türkiyə-Suriya sərhədini asanlıqla bağlamaq imkanı da var. Yəni Boğazla bağlı Ərdoğanın belə tələsik qərarı Moskva ilə münasibətləri ciddi şəkildə poza bilər.


“Türkiyə, həqiqətən Rusiya hərbi gəmilərinin Boğazdan keçməsinə mane olaraq Suriyaya silah tədarükünü poza bilər. Bununla belə, Suriya Ordusu hətta güclü hücumların qarşısını almaq üçün kifayət qədər zirehli texnikaya sahibdir. Şübhəsiz ki, Ərdoğanın bu hərəkətləri Suriya ordusunun Türkiyə nəzarət məntəqələrinə hücumları ilə nəticələnəcək" - deyə mütəxəssislər qeyd edirlər.


Xatırladaq ki, bundan əvvəl türk siyasətçiləri Ərdoğanı Rusiyanın Boğazdan keçməsini əngəlləməyə çağırmışdılar. Ancaq Türkiyə lideri belə bir təklifi dəstəkləməmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system