Ərdoğan Avropaya terrorçu göndərməyə cəhd edir - Bəşər Əsəd

Oxundu: 76
Ərdoğan Avropaya terrorçu göndərməyə cəhd edir - Bəşər Əsəd

Suriya Prezidenti Bəşər Əsəd "Paris Match" jurnalına müsahibə verib.

İslaminSesi-nin verdiyi xəbərə görə, o, müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən fikirlər səsləndirib. 

 

"Ərdoğan kürdlərə qarşı əməliyyat adı altında beynəlxalq hüququ pozub. Bundan əlavə Böyük Britaniya, Fransa və ABŞ-da müstəqil xalq olmayan kürdləri qorumaq adı ilə Suriyaya daxil olaraq qanunları tapdalayıb", - deyə Bəşər Əsəd diqqətə çatdırıb.


Bəşər Əsəd vurğulayıb ki, hal-hazırda Suriyada baş verənlər terrorçuluğa qarşı ordunun müharibəsidir: "Terrorçuluq bitəndə qələbə əldə etmiş olacağıq. Bundan daha təhlükəli olan terrorçuluğa hələ də dəstək verənlərin olmasıdır".


"Ərdoğan Avropa dövlətlərini şantaj edir. Özünə hörmət edən heç kim onun kimi danışmaz. Beynəlxalq qurumlar və qanunlar var. Terrorçu və ya məhkum olunan birinin başqa bir ölkəyə göndərilməsi ölkələr arasındakı razılaşmalara əsasən baş tutar. Lakin bir nəfərin terrorçu olduğunu bilə-bilə başqa bir ölkəyə insanları öldürmək üçün göndərmək addımı sadəcə əxlaqsız hərəkət olar", - deyə Bəşər Əsəd qeyd edib./eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system